İstanbul Yeni Hava Limanından ilk uçuş Azərbaycana olacaq

İstanbul Yeni Hava Limanından ilk uçuş Azərbaycana olacaq
# 14 iyul 2018 10:31 (UTC +04:00)

Bu il oktyabrın 29-da rəsmi mərasimlə ilk fazası istifadəyə veriləcək İstanbul Yeni Hava Limanından ilk uçuşlar oktyabrın 31-də olacaq.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün “Türkiyə Hava Yolları”nın direktoru Bilal Ekşi bildirib.

“Türkiyə Hava Yolları”nın yeni limana daşınması prosesi 31 oktyabr saat 02.00-da başlayacaq və 12 saat davam edəcək. B. Ekşi deyib ki, hava limanından ölkə daxilinə ilk uçuş 31 oktyabr saat 14.00-da Ankaraya, ilk xarici hava reysləri isə Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə olacaq.

Qeyd edək ki, İstanbul Yeni Hava Limanı istifadəyə verildikdən dünyada ən böyük hava limanı olacaq. Bu limandan il ərzində 200 milyon sərnişin istifadə edə biləcək. Hava limanından dünyanın 300 nöqtəsinə uçuşlar təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR