Aralıq dənizində sutka ərzində 3 min miqrant xilas edilib

Aralıq dənizində sutka ərzində 3 min miqrant xilas edilib
# 23 avqust 2015 04:37 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, birgünlük əməliyyata həmçinin İtaliyanın hərbi və patrul gəmiləri də cəlb edilib.

Məlumata görə, təkcə iki taxta qayıqdan 1000-dək miqrant xilas edilib. Rezin və balıqçı qayıqlardan, həmçinin dənizdən üzmək üçün istifadəyə yararsız digər üzmə vasitələrindən də xeyli qaçqın xilas olunub.

Qeyd edək ki, bu arada Almaniya və Fransa Avropa İttifaqının miqrasiya siyasətində vahid mövqedən çıxış etməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR