Azərbaycan millisinin futbolçusu La Liqa klubu ilə anlaşıb

Azərbaycan millisinin futbolçusu La Liqa klubu ilə anlaşıb
# 13 iyul 2015 09:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov karyerasını yenidən İspaniya La Liqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu yeni mövsümdə “Eybar”ın formasını geyinəcək.

Müqavilə ilə “Mursiya” klubuna məxsus olan İsrafilov ötən mövsüm olduğu kimi, yenə icarə əsasında oynayacaq. Belə ki, La Liqanın digər təmsilçisi - “Qranada”da çıxış edən təmsilçimiz orada qalmaq istəmədiyindən “Eybar”la anlaşıb.

Klublar arasında razılığa görə, Eddi 2015/16 mövsümünü “Eybar”da keçirəcək. Sabah futbolçu yeni klubu ilə rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, İsrafilov Azərbaycan yığmasında 1 oyun keçirib. O, Avro-2016-nın seçmə mərhələsində Malta (2:0) ilə ev oyununda meydançaya çıxmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR