Yaponiyada 6 mindən çox insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

Yaponiyada 6 mindən çox insan  günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib
# 23 iyul 2015 04:17 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bəzi yerlərdə havanın temperaturu 1976-cı ilin rekord göstəricini - 39 dərəcəni keçib.

Ölənlərin və xəstəxanalara yerləşdirilənlərin yarısı Böyük Tokio massivinin sakinləridir. Onların əksəriyyətinin təqaüdçü olduğu bildirilir.

Ümumilikdə, Yaponiyada bu il 25 nəfər isti havanın qurbanı olub, 14 min nəfər isə günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR