Balakən sakini bədbəxt hadisənin qurbanı olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 2-də Balakən rayonunun Şərif kəndində yaşayan Ömər Şamxalov həyətindəki süni göldə elektrik cərəyanı vurması nəticəsində ölüb.