Sabah Azərbaycanda yağış,dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq

Sabah Azərbaycanda yağış,dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq
# 01 dekabr 2016 09:47 (UTC +04:00)

Dekabrın 2-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər NAzirliyindən APA-ya verilən xəbərə görə, arabir zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq,

arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütünundan 753 mm civə sütunuan enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabha Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 2-dən 4-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR