İsraildə üç hərbçini avtomobillə qəsdən vuran fələstinli öldürülüb

İsraildə üç hərbçini avtomobillə qəsdən vuran fələstinli öldürülüb
# 30 oktyabr 2016 18:03 (UTC +04:00)

İsraildə fələstinli sürücü avtomobillə qəsdən 3 İsrail hərbçisini vuraraq yaralayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident İordan çayının Qərb sahilində, Beyt-Umar yaşayış məntəqəsində qeydə alınıb.

Cavab atəşi ilə fələstinli öldürülüb. Onun şəxsiyyəti barədə məlumat verilmir. Yaralı hərbçilər xəstəxanaya göndərilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR