Şəmkirdə qadın intihara cəhd edib

Şəmkirdə qadın intihara cəhd edib
# 28 mart 2017 17:44 (UTC +04:00)

Şəmkirdə qadın kimyəvi maddə içərək intihara cəhd edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1991-ci il təvəllüdlü Salahova Günay Şakir qızı zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, qadın təmizləyici kimi istifadə olunan kimyəvi məhlul içərək zəhərlənib. G. Salahovanın ailə münaqişəsi zəminində intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR