“Kapital Bank” “Asan İmza” xidmətini tətbiq edərək “Müştəri-Bank” xidmətini yeniləyib

“Kapital Bank” “Asan İmza” xidmətini tətbiq edərək “Müştəri-Bank” xidmətini yeniləyib
# 12 avqust 2015 12:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Kapital Bank”ın xidmətlərindən istifadə imkanları daha da genişlənib. Bankın öz korporativ müştəriləri üçün düşündüyü “Müştəri-Bank” xidmətində müəyyən dəyişikliklər edilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu xidmətdən istifadə indi daha rahat və funksional olub. “Kapital Bank”ın bu xidməti “Asan İmza” mobil elektron imza xidməti ilə də inteqrasiya edilib. Bu da o deməkdir ki, bankın müştərisi olan hüquqi şəxslər, fərdi sahibkarlar iş yerlərini, evlərini tərk etmədən real vaxt rejimində lazımi bank əməliyyatlarını internet vasitəsilə həyata keçirə bilərlər və ödənişlərin icrasına sərf olunan vaxt minimuma enir.

“Müştəri Bank” xidməti aşağıdakı əməliyyatların aparılmasına imkan verir:

- cari hesabların müşahidəsi;

- hesablar üzrə hesabdan çıxarışların hazırlanması;

- ödəniş tapşırıqlarının hazırlanması;

- ödəniş tapşırıqlarının avtorizasiyası;

- hazırlanmış ödəniş tapşırıqlarının şablon kimi yaddaşda saxlanması və gələcəkdə onlardan istifadə;

- müştərinin kredit və depozit hesabları üzrə məlumatın alınması;

valyuta məzənnəsi haqqında məlumatın alınması.

“Müştəri-Bank” xidməti əməliyyat gününün sonunadək göndərilən sənədlərin gün ərzində icrasına zəmanət verir. Ödəniş sənədlərinin tərtibi zamanı hər hansı səhvin qarşısını alır. İstənilən səviyyədə olan istifadəçiyə sadə və asan interfeys təmin edir. Üstəlik bu sistemdən istifadə üçün əlavə proqram təminatına da ehtiyac yoxdur. Kompüterin, internetə çıxış imkanının və standard internet brauzerin olması kifayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR