Bu gün Fövqəladə Hallar Nazirliyinin "Qızılqum" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 2 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.