Rusiya Həştərxan yaxınlığında qitələrarası ballistik raketi sınaqdan keçirib

Rusiya Həştərxan yaxınlığında qitələrarası ballistik raketi sınaqdan keçirib
# 22 avqust 2015 19:59 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, raket “Kapustin Yar” poliqonunda buraxılıb.

Bu barədə Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının mətbuat xidmətinin məlumatında bildirilir.

“22 avqust tarixində saat 18.13-də (Bakı vaxtı ilə 20.13-də) Strateji Təyinatlı Raket Qoşunlarının döyüş heyəti Həştərxan vilayətində “Kapustin Yar” mərkəzi dövlət poliqonundan “Topol” RS-12М tipli qitələrarası ballistik raketinin buraxılışını həyata keçirib”, deyə məlumatda bildirilir.

Məlumata görə, ballistik raketin təlim döyüş hissəsi Qazaxıstandakı poliqonda yerləşən şərti hədəfi vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR