ABŞ saytı Bakı bulvarında yanan həlqənin fotosunu həftənin ən yaxşı 10 fotosu arasında göstərib

ABŞ saytı Bakı bulvarında yanan həlqənin fotosunu həftənin ən yaxşı 10 fotosu arasında göstərib
# 27 iyun 2015 07:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın “Komonews” saytı Avropa Oyunları ilə bağlı Bakı bulvarında yanan həlqənin fotomüxbir Dmitri Lovetski tərəfindən çəkilən şəklini həftənin ən yaxşı 10 fotosu arasında göstərib.

APA-nın məlumatına görə, Azərbaycanda 12-28 iyun tarixlərində Birinci Avropa Oyunlarının keçirildiyini qeyd edən “Komonews” fotonu “İnsanlar Bakı bulvarında 2015 Avropa Oyunları ilə əlaqədar qoyulmuş nəhəng halqanın ətrafında gəzərkən” deyə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR