Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub

Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub
# 06 fevral 2020 10:21 (UTC +04:00)

Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub.

APA-nın məlumatına görə, yanvarın 25-də saat 19:30 radələrində Xətai rayon ərazisində Bakı şəhər sakini L. Bağmanovanı naməlum şəxs hədələyək çantasının içindəki pullarını, telefonları, maaş və təqaüd kartlarını quldurluq yolu ilə götürüb.

Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsi və 36-37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri araşdırma nəticəsində naməlum şəxs müəyyən edilib. Belə ki, Zərdab rayon sakini, əvvəllər də məhkum olunmuş 1979-cu il təvəllüdlü C. Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR