Sərhəddə 1800 ədəd pirotexniki vasitə aşkarlanıb

Sərhəddə 1800 ədəd pirotexniki vasitə aşkarlanıb
# 25 fevral 2019 12:05 (UTC +04:00)

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb.

ONA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "VAZ-21011" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonunun tavan hissəsində, eləcə də sağ və sol qanadlarında gizlədilmiş, üzərində "Magic Shots" yazısı olan 384 ədəd və üzərində "Triangle cracker" yazısı olan 1800 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR