Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır
# 16 yanvar 2018 13:23 (UTC +04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında E.Uspenskinin “Çeburaşka” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, rəqslər və səhnə hərəkəti üzrə baletmeyster Ceyhun Dadaşovdur.

Tamaşada əsas rolları əməkdar artist Almaz Mustafayeva, aktyorlar Səbinə Məmmədova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Yasəmən Məmmədova, Zülfiyyə Alhüseynova, Anar Səfiyev, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Ədalət Əbdülsəməd, İlham Əsədov, Yusif Dadaşov və b. ifa edəcəklər.

Səhnə əsərinin premyerası martın 18-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR