Təbriz Teatrının rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrında olub

Təbriz Teatrının rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrında olub
# 02 dekabr 2016 15:41 (UTC +04:00)

Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Azərbaycan Dövlət Musiqili Teatrında olub. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mədəniyyət müəssisəsinin direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Azərbaycanda teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı diqqətə çatdırıb.

İşgüzar şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq, mədəniyyət və incəsənət kollektivlərinin mübadiləsi, iki ölkə teatr xadimlərinin seminar, konfrans və festivallarda iştirakı, müştərək festivalların keçirilməsi və tamaşaların hazırlanması, tamaşaların lentlərinin, tarixi sənədlərin, elmi nəşrlərin, kitab və məlumatların mübadiləsi, səhnə əsərlərinin tərcümə və çap edilməsi və digər məsələlər müzakirə olunub.

Görüşdə iştirak edən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR