Şamaxı sakini avtomobili dərəyə aşırıb

Şamaxı sakini avtomobili dərəyə aşırıb
# 21 iyul 2018 00:16 (UTC +04:00)

Şamaxı rayon sakini avtomobili aşıraraq xəsarət alıb. APA-nın yerli bürosunun xəbərinə görə, Səfərov Vaqif Vüsal oğlu idarə etdiyi "VAZ 21112" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alıb. O, Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR