Latın amerikalılar ABŞ-dan uşaqlarını tələb edir

Latın amerikalılar ABŞ-dan uşaqlarını tələb edir
# 03 mart 2019 08:46 (UTC +04:00)

Övladları əllərindən alınaraq ABŞ-dan deportasiya edilmiş 29 valideyn uşaqlarına qovuşmaq və sığınacaq istəmək üçün yenidən bu ölkənin cənub sərhədinə toplaşıb.

ONA-nın ABŞ bürosunun xəbərinə görə, Mərkəzi Amerikadan olan ailələr Birləşmiş Ştatlardan ötən il deportasiya ediliblər. Lakin onların övladları ABŞ-da dünyaya gəldiyi üçün bu ölkənin vətəndaşları hesab olunur. Bu səbəbdən uşaqlar ailələrindən alınaraq sərhədin ABŞ hissəsində müvəqqəti ailələrə, qohumlarına verilib və ya sığınacaqlara yerləşdiriblər.

Ötən gün sərhədə toplaşan həmin ailələr ABŞ dövlətindən uşaqlarına qovuşmağı tələb ediblər.

Tramp adminstarsiyasının bu qərarının etirazlara səbəb olmasına, Konqresdə dinləmələr, çoxsaylı məhkəmələr keçirilməsinə baxmayaraq, bir ildən artıqdır ki, Honduras, Qvatemala və Salvadordan olan valideynlər övladlarına qovuşa bilmir.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin verdiyi məlumata görə, ötən il sərhəddə 2700-dən çox uşaq ailəsindən ayrılıb, təxminən 430 valideyn uşaqlarından ayrılaraq deportasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR