Venesuelada nümayiş zamanı 57 nəfər yaralanıb

Venesuelada nümayiş zamanı 57 nəfər yaralanıb
# 11 aprel 2017 03:12 (UTC +04:00)

Venesuelanın paytaxtı Karakasda hökumət əleyhinə nümayiş zamanı 57 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib, azı 18 nəfərin saxlanıldığı bildirilir.

Venesuelada Prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezident Nikolas Maduroya parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR