Tehran hava limanında sərnişin təyyarəsi yanıb

Tehran hava limanında sərnişin təyyarəsi yanıb
# 31 dekabr 2016 18:39 (UTC +04:00)

Tehranın "Mehrabad" hava limanında sərnişin təyyarəsi eniş edən zaman yanıb. APA-nın IRNA-ya istinadən verdiyi xəbərə görə, yanğının baş vermə səbəbi hələlik məlum deyil. Bəzi KİV-lərin məlumata görə, təyyarə təcili eniş edərkən alışıb.

Hadisə yerinə yanğın söndürmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürüldüyü bildirilir.

İnsident nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR