Aİ rəsmisi: "Münaqişələrdən əziyyət çəkən ölkələr Aİ üzvü olan ölkələrin bu sahədəki təcrübəsindən yararlanmalıdır"

Aİ rəsmisi: "Münaqişələrdən əziyyət çəkən ölkələr Aİ üzvü olan ölkələrin bu sahədəki təcrübəsindən yararlanmalıdır"
# 23 noyabr 2017 16:21 (UTC +04:00)

"Təhlükəsizlik məsələsi Avropa İttifaqı üçün vacibdir. Bu məsələ Avropa İttifaqının qlobal strategiyasının tərkib hissəsidir".

APA-nın Brüsselə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) rəsmisi bildirib.

Aİ rəsmisi qeyd edib ki, Aİ münaqişələrdən heç bir fayda güdmür.

"Biz mümkün üsullarla münaqişələrin həllini dəstəkləyir və hesab edirik ki, onların hərbi yolla həlli yoxdur. Düşünürük ki, təhlükəsizlik əməkdaşlıqda vacib faktordur. Məsələn, Dağlıq Qarabağ münaqişəsi başlayanda Aİ-nin ümumi təhlükəsizlik siyasəti yox idi. Bu münaqişə daha əvvəl baş verib. Ümid edirik ki, bu məsələ həllini tapacaq. Hesab edirik ki, uzun və qısa müddətli münaqişələrdən əziyyət çəkən ölkələr hazırda Aİ üzvü olan ölkələrin bu sahədəki təcrübəsindən yararlanmalıdır", - deyə o vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR