Tramp və Ərdoğan Soçi görüşü, Suriya böhranı və regional problemləri müzakirə ediblər - YENİLƏNİB-1

Tramp və Ərdoğan Soçi görüşü, Suriya böhranı və regional problemləri müzakirə ediblər - <span style="color: red;">YENİLƏNİB-1
# 24 noyabr 2017 15:24 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında əsas hansı məsələlərin müzakirə olunduğu açıqlanıb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, prezidentlər İran, Türkiyə və Rusiya liderlərinin bir neçə gün əvvəl Soçidə keçirilmiş üçtərəfli görüşünü, Suriya böhranını və digər regional problemləri müzakirə ediblər.

***

17.58

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, liderlər Yaxın Şərq regionunda sülhün təmin bərqərar edilməsinə dair müzakirələr aparıblar.

Danışıqların detallarının bir azdan açıqlanması gözlənilir.

***

17.15

Bu gün ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp şəxsi “Twitter” səhifəsində yazıb. O bildirib ki, türkiyəli həmkarı ilə telefon danışığı zamanı Yaxın Şərq regionunda sülhün təmin edilməsi məsələsini müzakirə edəcəklər.

ABŞ-ın Yaxın Şərqə müdaxiləsinin əvvəldən yanlış olduğunu söyləyən D. Tramp deyib ki, bu, trilyonlarla dollar vəsait və çoxlu sayda insan itkisinə səbəb oldu: “Orta Şərqdə üstümdə qalan bu problemi həll edəcəyəm, amma 6 trilyon dollar itirməyimiz və insanların ölməsi səhv idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR