Biləsuvar sakini bıçaqlanıb

Biləsuvar sakini bıçaqlanıb
# 25 fevral 2019 13:47 (UTC +04:00)

Biləsuvar şəhərində bıçaqlanma hadisəsi baş verib.

ONA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayon sakini Abış Əzizxan oğlu Mayılov bıçaq xəsarət ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tural Kərimov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR