Sakit Okeanın Kuril adaları yaxınlığında iki zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.
5,1 bal gücündə olan ilk zəlzələnin episentri Malokurilskoye kəndindən (Şikotan adası) 119 km şərqdə, 54 km dərinlikdə olub. İkinci təkan isə Simuşir adasının 69 km dərinliyində 5 bal gücündə hiss olunub.
Sunami xəbərdarlığı elan edilməyib, xəsarət alan olmayıb.