Ekologiya və təbii sərvətlər naziri İmişlidə vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri İmişlidə vətəndaşları qəbul edib
# 25 yanvar 2018 09:25 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər Naziri Hüseyn Bağırov bu gün İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Zərdab, Füzuli, Beyləqan, Xocavənd və Laçın rayonlarının vətəndaşları ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR