Bu il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
# 14 iyul 2018 12:52 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,5% artaraq 3906,2 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2861,9 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,3%-ni təşkil edib.

Bu ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 398,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 15,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR