Yəməndə hava zərbələri nəticəsində 11 dinc sakin ölüb

Yəməndə hava zərbələri nəticəsində 11 dinc sakin ölüb
# 19 noyabr 2017 22:04 (UTC +04:00)

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin Əl-Cauf əyalətində 11 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,

Məlumata əsasən, koalisiya qüvvələrinə məxsus təyyarələr Əl-Məslub rayonunda yaşayış massivini bombalayıblar. Nəticədə 3 qadın və 8 uşaq həyatını itirib.

Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR