Gəncədə tanınmış idmançının oğlunu öldürən şəxsin istintaqı başa çatıb

Gəncədə tanınmış idmançının oğlunu öldürən şəxsin istintaqı başa çatıb
# 02 yanvar 2020 11:08 (UTC +04:00)

Gəncədə tanınmış idmançının oğlunu qətlə yetirməkdə təqsirləndirilən Emil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Gəncədə yerləşən “Miraj” çay evinin qarşısında baş verib. 1 manat üstündə yaranmış mübahisə nəticəsində 1995-ci il təvəllüdlü şəxs Elnur Alıyev bıçaqla qətlə yetirilib.

Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Məmmədov Emil Elxan oğlu isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Bildirilib ki, pul üstündə mübahisə edən şəxslər bir-birinə bıçaq xəsarətləri yetiriblər.

Onu da qeyd edək ki, qətlə yetirilən E. Alıyev Gəncədə kikboksinq üzrə tanınmış məşqçi İlqar Alıyevin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR