BNA: Qarlı günlərdə bəzi avtobuslar cəmi 5 saat işləyib

BNA: Qarlı günlərdə bəzi avtobuslar cəmi 5 saat işləyib
# 03 fevral 2017 12:43 (UTC +04:00)

Son günlər əlverişsiz hava şəraiti zamanı marşrutların iş qrafikinə nəzarət məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən reydlər keçirilib. "APA-Economics" xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.

"Son günlər müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar bizim əməkdaşlarımız Bakı şəhərində reydlər keçirdi və məlum oldu ki, həmin günlərdə bəzi marşrut xətləri saat 11:00-dan 16:00-dək çalışıb. Bununla yanaşı, səhər saat 06:00-dan 00:00-dək xətti tərk etməyənlər də var idi. Mənim də iştirakımla 77, 17, 96, 18, 65 saylı marşrut xətlərində müşahidələr aparılıb. Bu marşrutlar səhər saatlarında nə qədər nəqliyyat vasitəsilə ilə xəttə çıxıblarsa, axşamadək həmin sayda çalışıblar. Təbii ki, 1-2 istisna hal olub. Lakin normal gündə 18 nəqliyyat vasitəsi ilə çalışan bəzi xətlərdə həmin gün 3 nəqliyyat vasitəsi olub", - deyə müşavir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR