İranın şimal-qərbində 2 silahlı məhv edilib, 4-ü yaralanıb

İranın şimal-qərbində 2 silahlı məhv edilib, 4-ü yaralanıb
# 06 avqust 2017 19:42 (UTC +04:00)

İran hərbçiləri ölkənin şimal-qərbində 2 silahlını məhv edib, 4-ü yaralayıblar.

APA-nın məlumatına görə, bu barədə “Tasnim” agentliyinə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib.

İnsidentin Türkiyə və İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətində baş verdiyi bildirilir. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir. M.Pakpurun sözlərinə görə, silahlılardan külli miqdarda silah-sursat, texnika və hərbi sənədlər müsadirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR