"Unibank" bu il 1,5 mln. manat ipoteka krediti verib

"Unibank" bu il 1,5 mln. manat ipoteka krediti verib
# 28 fevral 2017 08:03 (UTC +04:00)

İlin əvvəlindən bu yana "Unibank" tərəfindən ümumi məbləği 1,5 mln. manat olan ipoteka krediti ayrılıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, 2016-cı ilin sonunda ayrılmış 2 mln. manat adi, 2 mln. manat sosial limit isə hal-hazırda tam şəkildə bölünüb. Bu günlərdə "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən "Unibank"a ayrılan əlavə 5 mln. manatlıq vəsaitin istifadəsi ilə bağlı da artıq banka 70-ə yaxın müraciət daxil olub.

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ümumi ipoteka krediti portfeli isə 39,2 mln. manatı ötüb. 2006-cı ildən bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1100-dən artıq ipoteka kreditləri verilib. Hazırda bankda 1089 aktiv kredit var.

İpoteka kreditləri bankın Bakıdakı “17 saylı” (“Sahil”), “Yasamal” və “8 saylı” filiallarında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR