Sabah Siyəzən və Xızının qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Siyəzən və Xızının qaz təchizatında məhdudiyyətlər olacaq
# 25 oktyabr 2016 16:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Oktyabrın 26-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yaşma” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Məlumata görə, təmir müddətində Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR