İki gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

İki gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
# 07 sentyabr 2017 07:29 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 5-də Yuxarı Qarabağ Kanalının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində batdığı bildirilən 2004-cü il təvəllüdlü Xəlilli Elşən Məhəbbət oğlunun axtarışları başa çatıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, E. Xəlillinin cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb. Onun meyiti batdığı yerdən 45 km aralıda tapılıb. Yeniyetmənin meyiti aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR