Gürcüstanda Azərbaycan nömrə nişanlı minik avtomobili yanıb

Gürcüstanda Azərbaycan nömrə nişanlı minik avtomobili yanıb
# 12 iyul 2017 01:42 (UTC +04:00)

Gürcüstanda Azərbaycan nömrə nişanlı minik avtomobili yanıb.

APA-nın "İnfo Rustavi" saytına istinadən verdiyi məlumata görə, hadisə Rustavi şəhərindən "Sınıq körpü" sərhəd keçid məntəqəsinə gedən yolda baş verib.

“90 XD 929” dövlət nömrə nişanlı BMW X5 markalı avtomobilində baş verən yanğının səbəbləri barədə məlumat verilmir. Yarım saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR