Bakıda nənə və nəvəni öldürən sürücüyə hökm oxunub

Bakıda nənə və nəvəni öldürən sürücüyə hökm oxunub
# 28 fevral 2019 13:21 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan qəza törətməkdə təqsirləndirilən sürücünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sürücü Tərlan İmanov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, ötən il sentyabrın 28-də saat 19:00 radələrində Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi “ZİL-130” markalı, 10 GL 195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri - 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub. Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. G.Salmanova və A.Məmmədova aldıqları xəsarətlər nəticəsində xəstəxanada ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR