BƏƏ ilk kosmonavtını kosmosa göndərir

BƏƏ ilk kosmonavtını kosmosa göndərir
# 28 fevral 2019 06:53 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirlikləri ilk kosmonavtını bu il sentyabrın 25-də kosmosa göndərəcək.

ONA-nın məlumatına görə, kosmosa göndərilmək üçün seçilmiş iki kosmonavt – Hazza Əl Mansuri və ya Sultan Əl Neyadi 18 günlük uçuşu həyata keçirmək üçün Rusiya missiyasının tərkibində Beynəlxalq Kosmik Stansiyadan (BKS) orbitə yollanacaq və oktyabrın 3-də Yer kürəsinə qayıdacaq.

Artıq hər iki kosmonavt Rusiyada Y.Qaqarin adına Kosmonavtların Hazırlığı Mərkəzində hazırlıq keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR