Pakistanda törədilən partlayış nəticəsində 34 nəfər yaralanıb - YENİLƏNİB

Pakistanda törədilən partlayış nəticəsində 34 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2017 23:14 (UTC +04:00)

Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində yaralananların sayı 34 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin qərb hissəsində yük maşını partladılıb. Hadisə nəticəsində yaxınlıqda yerləşən bina və avtomobillərə ziyan dəyib.

Məlumata əsasən, meyvə-tərəvəz daşıyan yük maşınında partlayıcı qurğu işə salınıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

***

22:13

Pakistanın Lahor şəhərində baş verən partlayış nəticəsində 22 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin qərb hissəsində yük maşını partlayıb.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. İlkin versiyaya əsasən, yük maşını transformatora çırpıldıqdan sonra partlayış baş verib. Polis avtomobildə quraşdırılmış partlayıcı maddənin işə salındığını istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR