Pakistanda sərnişinlə dolu avtobus uçuruma düşüb

Pakistanda sərnişinlə dolu avtobus uçuruma düşüb
# 09 noyabr 2016 19:32 (UTC +04:00)

Pakistanın Bəlucistan əyalətində sərnişinlə dolu avtobus uçuruma düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 10 nəfər ölüb, daha 10-u xəsarət alıb.

Ölən və yaralananlar arasında qadın və uşaqlar var. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR