Ağcabədidə 2 otaqlı ev tamamilə yanıb

Ağcabədidə 2 otaqlı ev tamamilə yanıb
# 08 avqust 2017 03:44 (UTC +04:00)

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Minaxorlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR