Bakıda Holokost qurbanları anılıb

Bakıda Holokost qurbanları anılıb
# 27 yanvar 2017 08:30 (UTC +04:00)

Yanvarın 26-da Bakıdakı Aşkenazi sinaqoqunda Holokost qurbanlarının xatirəsi ilə bağlı anım mərasimi keçirilib.

İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə səfir Dan Stav, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, diplomatik korpus nümayəndələri və digər qonaqlar iştirak edib.

Səfir Dan Stav çıxış edərək dünyada ekstremist ideologiyalar, ksenofobiya və dözümsüzlük hallarına laqeydliyin olduğunu qeyd edib. O bildirib ki, belə cinayətlərin təkrarlanmasının qarşısı alınmasa, həm qurbanların xatirəsi təhqir ediləcək, həm də insanlar amansızlıqlarla dolu bir dövrdə yaşamağa məhkum olacaqlar.

Daha sonra Aşkenazi yəhudi icmasının rəhbəri Şarovski və icmanın baş ravvini Şneor Seqal çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR