Niderlandda marixuananın becərilməsinə icazə verilib

Niderlandda marixuananın becərilməsinə icazə verilib
# 21 fevral 2017 21:31 (UTC +04:00)

Niderland parlamentinin aşağı palatası marixuananın dövlət nəzarəti ilə becərdilməsinə icazə verən qanun layihəsini dəstəkləyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsini 77 deputat dəstəkləyib, 72 parlamentari isə “əleyhinə” səs verib. Beləliklə, marixuananın leqal satışı ilə məşğul olan “kofeşop”lar (müştərilərin marixuananı sərbəst şəkildə əldə edib, istifadə edə biləcəyi kafelər) narkotik vasitəni qanuni tədarükçülərdən əldə edə biləcək.

Qanun layihəsinin parlamentin yuxarı palatasında səsverməyə çıxarılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR