Qax və Pirallahıda saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb

Qax və Pirallahıda saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb
# 30 may 2018 09:38 (UTC +04:00)

Polis əməkdaşlarının mayın 29-da keçirdikləri tədbirlər nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.


DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cəmil Əliyev Gürgan qəsəbəsi ərazisində saxlanılıb.

Axtarış zamanı ondan nömrəsi silinmiş “Revolver” tipli tapança, 4 ədəd patron, həmçinin əlindəki paketdə çəkisi 2 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb. Onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.


Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan rayonun Qıpçaq kənd sakini Pərviz Osmanlıda 2 kiloqram 815 qram marixuana aşkar edilib.


Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Pirşağı qəsəbə sakini Habil Əminova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR