Putinlə Tramp arasında telefon danışığı olub

Putinlə Tramp arasında telefon danışığı olub
# 29 dekabr 2019 20:36 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tamp arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda telefon danışığının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilib.

Qeyd olunub ki, V.Putin amerikalı həmkarına xüsusi xidmət orqanlarının xətti ilə verilən informasiyalara görə təşəkkürünü bildirib, hansı ki, bu informasiyalar Rusiyada terror aktlarının qarşısını almağa kömək edib.

Rusiya və ABŞ liderləri həmçinin qarşılıqlı maraq doğuran kompleks məsələləri müzakirə ediblər. Terrorla mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR