"Azexport.az" portalına 16 ayda 698 mln. dollara yaxın ixrac sifarişi daxil olub

"Azexport.az" portalına 16 ayda 698 mln. dollara yaxın ixrac sifarişi daxil olub
# 31 may 2018 12:22 (UTC +04:00)

2018-ci ilin aprel ayı ərzində "Azexport.az" portalına 36,9 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

"APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin may ayı üçün sayında qeyd olunub ki, "Azexport.az" portalına 2018-ci ilin yanvar-aprel aylarında 222,5 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 aprel tarixinə kimi Azexport.az portalına dünyanın 93 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 697,5 milyon ABŞ dolları təşkil edib.

Həmçinin, “İxrac İcmalı”nın may sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti, Azərbaycan məhsulları “Sial China 2018” sərgisində nümayiş oluması və s. məsələlər barədə də məlumatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR