Mingəçevirdə kişi gənc xanımını bıçaqlayıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəfa bağçılıq yaşayış massivində baş verib.
Münaqişə zamanı 1993-cü il təvəllüdlü Şirinova Mətanət Qaryağdı qızı döş qəfəsi nahiyəsindən əri tərəfindən bıçaqlanıb. Hadisə zərərçəkmişin anasının evində baş verib. Ər hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.