Heydər Əliyev prospektində yol qəzası olub, tıxac yaranıb

Heydər Əliyev prospektində yol qəzası olub, tıxac yaranıb
# 01 aprel 2017 08:19 (UTC +04:00)

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindıə qeydə alınıb.

KİA və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Bundan başqa, qəzadan sonra Heydər Əliyev prospektində böyük tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya prospektdə yaranan tıxacın qəza ilə bağlı olduğu bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR