Nardaran hadisələri ilə bağlı məhkəmədə DİN əməkdaşı ifadə verib - YENİLƏNİB

Nardaran hadisələri ilə bağlı məhkəmədə DİN əməkdaşı ifadə verib - <span style="color: red;">YENİLƏNİB
# 03 aprel 2017 14:17 (UTC +04:00)

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Rasim Qurbanov ifadə verib. O, ifadə verərkən hazırda həbsdə olan Taleh Bağırov haqda fikir səsləndirməsi proses iştirakçılarının narazılığına səbəb olub. Onlar zalda səs-küy salıb.

Hakim təqsirləndirilən şəxslərin yaxınlarını məhkəmə prosesinə mane olduqları üçün zaldan çıxarıb.

Bu, təqsirləndirilən şəxslər və onların vəkillərinin etirazına səbəb olub. Onlar hakim Zeynal Ağayevə etiraz verib.

Hakimlər Kollegiyası etirazı baxılmamış saxlayıb.

Məhkəmə prosesi aprelin 10-da davam etdiriləcək.

***

13:53

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Oqtay Orucov ifadə verib. O. Orucov təqsirləndirilən Ruzi İsmayılovun həbs edilməsi ilə bağlı əməliyyatda iştirak etdiyini, bu zaman xəsarət aldığını deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR