ABŞ-ın İrəvandakı səfiri: “ABŞ-Ermənistan münasibətlərində dəyişiklik olmayacaq”

ABŞ-ın İrəvandakı səfiri: “ABŞ-Ermənistan münasibətlərində dəyişiklik olmayacaq”
# 10 noyabr 2016 20:51 (UTC +04:00)

ABŞ-da prezident dəyişikliyi Vaşinqton-İrəvan münasibətlərinə təsir etməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın İrəvandakı səfiri Riçard Millz “Armenpress”ə müsahibəsində deyib.

“Mənim fikrimcə, Ermənistan və ABŞ arasında münasibətlər dəyişməyəcək. Bizim maraqlarımız burada eynidir, bizi 25 illik dostluq birləşdirir və bu dəyişməz olaraq qalacaq. Mən həmçinin düşünürəm ki, yeni administrasiya Barak Obama və ondan əvvəlki administrasiyaların siyasətini davam etdirəcək”, - deyə Millz bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR