Ötən il Azərbaycan fələstinli qaçqınlara 200 min dollar humanitar yardım göstərib

Ötən il Azərbaycan fələstinli qaçqınlara 200 min dollar humanitar yardım göstərib
# 05 mart 2019 14:09 (UTC +04:00)

Azərbaycan 2018-ci ildə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə və İndoneziyaya humanitar yardım edib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, 2018-ci ildə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.

Azərbaycan 2018-ci il avqustun 5-də İndoneziyada baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə ölkəyə 50 min dollar məbləğində humanitar yardım edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR