AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
# 28 iyul 2015 13:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5 000 000 manat təşkil edib.

Sifariş 100,1333 % qiymətdə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR